Gəncədə Dekorativ-Tətbiqi Sənət Kolleci fəaliyyətə başlayacaq.
Teleqraf.com-un məlumatına görə, bu barədə Sahibkar Qadınlar İctimai Birliyinin sədri Zemfira Ağayeva məlumat verib.
Kollecin fəaliyyətə başlamasında əsas məqsəd Azərbaycanın qədim sənəti növlərini yaşatmaqdır.
Zemfira Ağayeva bildirib ki, Dekorativ-Tətbiqi Sənət Kollecində xalq çalğı alətlərinin bərpa və istehsalı, ağac üzərində oyma, xalça ornamentlərinin zənginləşdirilməsi və digər sənət növlərinin inkişaf etdirilməsi nəzərdə tutulub. Kollecdə əsasən bu sahədə təcrübəsi olan usta və sənətkarlar əməkdaşlığa cəlb olunacaq.