17 Avqust 2016 13:55
1 064
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tanınmış balerina, xalq artisti Kamilla Hüseynova yeni, maraqlı fotosessiya etdirib.

Teleqraf.com xəbər verir ki, yeni fotosessiyadan şəkillər sosial şəbəkədə yayılıb.

Balet ustası bu il mayın 11-də “Şəhrizad” baletində yaratdığı Zübeydə roluyla səhnəylə vidalaşıb.

1996-cı ildə Bakı Xoreoqrafiya Məktəbinin məzunu kimi Opera və Balet Teatrının balet truppasına qəbul edilən Kamilla 20 il ərzində truppanın aparıcı solisti olaraq teatrın yükünü çiyinlərində daşıyıb, repertuarda olan bütün milli və klassik tamaşalarda əsas partiyaları ifa edib.

O Şəhrizad (“Min bir gecə”), Gözəllər gözəli (“Yeddi gözəl”), Tomris (“Rast”), Baycan (“Eşq və Ölüm”), Zübeydə (“Şəhrizad”), Gülyanaq (“Qız qalası”), Leyli (“Leyli və Məcnun” – Q.Qarayev) kimi obrazları yaradıb.

Onun çıxışları Rusiyada Bolşoy teatrın, Sankt-Peterburqda Mariinski opera və balet teatrı, Belarusun Milli Akademik opera və balet Bolşoy teatrının, Fransa, Türkiyə və Çexiyanın teatr səhnələrində uğur qazanıb.

Hazırda Kamilla Hüseynova teatrın balet truppasının, eyni zamanda Bakı Xoreoqrafiya Akademiyasının bədii rəhbəri vəzifələrində çalışır.

Nərmin


Müəllif:

Oxşar xəbərlər