YARAT Free Style və yenicə açılmış Bakı tanqo on məktəbi musiqisevərləri Maxo Martirena və Rodriqo Fontinin iştirakı ilə möhtəşəm tanqo rəqsləri gecəsinə dəvət edir.
AZƏRTAC YARAT Müasir İncəsənət Məkanının “facebook” səhifəsinə istinadla bildirir ki, təxminən bir il bundan əvvəl, Maxo Martirena (Uruqvay) və Rodriqo Fonti (Argentina) yeni yaradıcılıq səyahətinə çıxıblar. Bu səyahətdə onlar müxtəlif obrazları, onların canlandırılması yollarını davamlı şəkildə araşdırır, hər bir məqamı səmimiyyət və təravətlə dolu olan yeni rəqsləri axtarırlar. Onlar dünyanın bir çox şəhərlərində keçirilən tanqo festivallarında rəqqas kimi çıxış etməklə yanaşı, peşəkar tanqo dərslərinin tədrisi ilə də məşğul olurlar.
Qeyd edək ki, möhtəşəm tanqo rəqsləri gecəsinə giriş sərbəstdir.