24 Avqust 2016 18:22
583
12 Punto 14 Punto 16 Punto 18 Punto

15-24 sentyabr tarixində “Üç məkan” II Şəki Beynəlxalq Teatr Festivalı keçiriləcək.

Mədəniyyət və Turizm Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, festivala Türkiyə, Rusiya, Gürcüstan, İran, Ukrayna və Birləşmiş Ərəb Əmirliklərindən teatrların qatılacağı gözlənilir.

Budəfəki festivalda Azərbaycanın 5 teatrı - Dövlət Akademik Milli Dram Teatrı, Dövlət Rus Dram Teatrı, Dövlət Kukla Teatrı, Şəki Dövlət Dram Teatrı və Gəncə Dövlət Dram Teatrı, həmçinin Türkiyə, Rusiya, Gürcüstan, İran, Ukrayna və Birləşmiş Ərəb Əmirliklərinin (Dubay) teatrları iştirak edəcək. Festivalın bəzi tamaşaları Bakıda və Mingəçevirdə nümayiş olunacaq.

Paytaxt teatrlarında Gənc Tamaşaçılar, Musiqili, Pantomim və Bakı Bələdiyyə Teatrı festivalda iştirak etməyəcək.

Festival çərçivəsində Azərbaycan peşəkar milli teatrının 144-cü mövsümünün açılışı da keçiriləcək. Mərasimdə Şəki Dövlət Dram Teatrının foyesində səyyar sənət sərgisi nümayiş olunacaq.

Nərmin


Müəllif:

Oxşar xəbərlər