Bu gün Azərbaycanın xalq artisti Yaşar Nurinin 65 illiyidir.
Mərhum sənətkarın həyat yoldaşı Rəhimə Nuriyeva Teleqraf.com-a açıqlamasında ailə üzvlərinin qəbrini ziyarət etdiyini deyib: “Fəxri Xiyabana toplaşdıq. Milli Dram Teatrının bəzi aktyorları da Yaşarı yad etmək qəbrini ziyarətə gəlmişdilər”.
Yaşar Nurinin qızı Ülkər Nuriyeva atasını sosial şəbəkədə belə yad edib: “Atam, sənin ad günündür, amma sənsiz… Allah sənə rəhmət eləsin, qəbrin nurla dolsun! Allah anamıza can sağlığı versin, amin!”
Firəngiz Mütəllimova instaqramda yaxın dostunu belə anıb: “Doğru deyiblər, həyat bir pəncərədir, hər gələn baxıb, gedər. Bu gün 65 yaşın tamama olur. Allah sənə rəhmət eləsin, əvəzolunmz sənətkarımız. Allah ailənizi qorusun! Səndən xəbərsiz, səni axtarıram. Bağışla, bu sözləri yazarkən anladım sənin dəyərini, canım mənim”.
Yaşar Nuri 1951-ci il sentyabr ayının 3-də Bakıda tanınmış aktyor Məmmədsadıq Nuriyevin ailəsində doğulub.
Uzun sürən xəstəlikdən sonra 22 noyabr 2012-ci ildə Bakı şəhərindəki Dövlət Gömrük Komitəsi Tibbi Xidməti İdarəsinin Mərkəzi Gömrük Hospitalında vəfat edib.
Xalq artisti, Dövlət Mükafatı laureatı fəxri adlarına layiq görülüb.
Rəqsanə