14 Sentyabr 2016 15:30
1 032
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teart və kino aktyoru, “Humay” “Apofigey” “Qızıl Dərviş” kimi bir çox mükafatlar laureatı Azərbaycanın xalq artisti Fuad Poladov “Nazlı” filmində baş rollardan birini - İsmayılın atası Aslan obrazını mükəmməl təcəssüm etdi.

Bu barədə filmin quruluşçu rejissoru Rəhman Rafiqoğlu Trend-ə müsahibəsində bildirib: "Aslan obrazının canlandırılması üçün tərəfimizdən bir çox məşur aktyor dəvət edilmişdir. Onu da deyim ki, dəvət edilən aktyorlardan hər biri bu rolu özünəməxsus göstərirdi və rejissor tərəfindən qarşılarına qoyulan tələblərin öhtəsindən kifayət qədər yaxşı gəlirdilər. Ancaq nəsə çatışmırdı, hansısa xüsusi şarm tələb olunurdu. Elə bu zaman ailəmizin yaxın dostu olan Azərbaycanın əməkdar artisti Elxan Qasımov mənim köməyimə gəldi. O, mənə, bu rola Fuad Poladovu dəvət eməyimi məsləhət gördü. Mən də, öz növbəmdə uzatmadan Fuad müəllimlə görüşə getdim. O, məni Səməd Vurğun adına Rus Dram Teatrında qarşıladı. Biz tanış olduq və mən ssenarini ona təqdim etdim. Və bir həftə sonra müsbət cavab aldım.

Fuad Poladov çox yaxşı insandır, biz onunla tez dostlaşdıq. Fuad müəllimlə işləmək çox rahat oldu O, işinin peşəkarıdır, və obrazı mükəmməl yaratdı, o qədər mükəmməl oynayırdı ki, biz çəkilişlər arası onun üçün əlavə olaraq xüsusi səhnə yazdıq. Səhnə ata və oğulun dramatik söhbətindən ibarət idi. İnanın mənə bu səhnədə Xalq artisti, sözün əsl mənasında “zirvədə” idir".

Xatırladaq ki, “Nazlı” romantik komediya filmində baş rollarda Dövlət Akademik Dram Teatrının aktyoru Ülvi Həsənli və ən gənc və çox istedadlı aktrisalardan biri olan Xumar Səlimova çəkilir. Əsas rollardan biri sayılan ekstrovaqant və ekssentrik Jan Pol obrazını Respublikamızın müxtəlif müsabiqələrinin qalibi Qorqud (Qoqi) Jəfərli canlandırır.

Bundan əlavə Respublikamızın Xalq artisti Mabud Məhərrəmov, Xalq Artisti Arif Quliyev, Əməkdar Aktrisa Mehriban Xanlarova, Əməkdar Aktrisa Naidə Orucova, Əməkdar Artist Fərid Əliyev, kimi incəsənət aləminin parlaq simaları “Nazlı” romantik komediya filmində müxtəlif rolları bölüştürürlər.

Quruluşçu rejissor – Rəhman Rafiqoğlu, ssenari müəllifləri - Rəhman Rafiqoğlu, Tural Fitat, quruluşçu operator – Əli Sultanov, baş prodüser – Murad Məhərrəmli.


Müəllif: