Məşhur rejissor Kazımovski restoranda qəflətən dünyasını dəyişib.
Musavat.com xəbər verir ki, hadisə Ağdaş restoranında baş verib.
Ələkbər Kazımovski iştirak etdiyi məclisdə qəflətən krizisə girib və onu xilas etmək mümkün olmayıb. İlkin məlumata görə, rejissorun qəfil ölümnə ürəktutması səbəb olub.
İddialara görə, hadisə aktrisa Nahidə Hüseynovanın doğum günün qeyd etdiyi məclisdə baş verib.
Xatırladaq ki, rejissor uzun müddət AzTV və ANS telekanallarında çalışıb.
Qeyd edək ki, Ə.Kazımovski məşhur rejissor Rauf Kazımovskinin oğludur.