13 Oktyabr 2016 12:17
595
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məşhur italyan yazıçı, dramaturq, rejissor, aktyor, rəssam, görkəmli mədəniyyət xadimi, ədəbiyyat üzrə Nobel mükafatı laureatı Dario Fo 91 yaşında vəfat edib.

"Report" TASS-a istinadən xəbər verir ki, bu ilin mart ayında D.Fo 90 illik yubileyini yeni tamaşa ilə qeyd etmişdi.

O, son vaxtlara qədər fəallığını qoruyur və çoxlu işləyirdi, publika və jurnalistlərlə tez-tez görüşürdü.
İtaliya baş naziri Matteo Rentsi bildirib ki, D.Fonun vəfat etməsi ilə ölkə mədəni həyatının böyük fiqurunu itirib. "Onun teatr axtarışları, yaradıcılığı dünyada böyük italyan irsi qoyub", - deyə İtaliya hökumət başçısı bildirib.


Müəllif:

Oxşar xəbərlər