24 Oktyabr 2016 15:00
948
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tanınmış filosof Niyazi Mehdi feysbuk səhifəsində türkoloq-alim Firudin Cəlilovun (Ağasıoğlu) “Azərbaycan türklərinin İslamaqədər tarixi – Doqquz bitik” əsəri barədə fikirlərini bölüşüb.

Teleqraf.com həmin fikirləri təqdim edir:

Firudin Ağasıoğlunun «Doqquz bitik» adlı çox ilginc araşdırmasının 3-cü cildindəyəm. Ekspert deyiləm ki, onun düşüncələrinin alternativlərini bilib elmi tənqidlə yanaşım, - bu konu da çox oxusam da. Ancaq etrusklarda «Tərxan» titulu olubsa, nəsə təsadüfi saymaq mənə inandırıcı gəlmir.

Firudin yazır ki, Homer Troyanın yanındakı dağın bir zirvəsini «Qarqar» adlandırır. Sonra yazır ki, m.ö. 1-ci minillikdə Qarqar bölgəsi olub (harada, bilmirəm ). Yadımıza salır ki, Alban elində də «Qarqar» boyu vardı. Qazaxıstanda indi də bir dağ «Qarqar» adını daşıyır. Mən isə yadıma salıram ki, Ağdamın yanından da Qarqar çayı axır («Qanun» çap evinin rusca çıxardığı, müəllifi müəmmalı El Koronon olan «Nimrod» («Nəmrud») romanında da Madğa (tərsinə oxusan, «Ağdam») şəhərinin yanından Qarqar axır.

Dostum Firudin Hatların qonşuluğunda yaşamış qaşqayların (m.ö.3-cü minil) bu sözlərini verir: «Kara-suv» (qara su?), «suvatar» (su atar?). Deyir, Boğaz köy yazılarında «kapaz» sözü vardı ki, «Kəpəz»ə çox oxşayır.

Mən bir dildən başqa dilə keçən sözlər məsələsində fonetik dəyişmədə requlyar eyni təhrifi başlıca sübut sayıram. Örnəyin, bizdə «y» samiti ilə başlayan sözlərin qırğızca «j» ilə başlaması (yer/jer) fonetik qanunauyğunluğa aiddir. Düzdür, bu dillərdə həmin qanunauyq kimdən-kimə keçməni yox, qohumluğu bildirir. Etrusk, Şumer, Huri dilləri ilə bağlı belə qanunauyğunluqlar tapılsaydı, əla olardı. Ancaq Firudin bir az başqa qanunauyğunluqları tapır: əski dağ adlarında xeyli türkizmlərin olması.

O ki qaldı «kapaz»la «kəpəz» oxşartısından elmi sonuc çıxarmağın şübhəli olmasına, o zaman gərək «Yerevan»ı «Eribuni»dən, «Bərdəni» «Partava»dan çıxarmağı da şübhəli sayaq.


Müəllif:

Oxşar xəbərlər