Türkiyənin məşhur sənətçiləri Özcan Dəniz və Nurgül Yeşilçay Bakıya gəlib.
Teleqraf.com xəbər verir ki, hazırda Nizami Kino Mərkəzində "İkinci şans" filminin qala gecəsində iştirak edən Özcan Deniz və Nurgül Yeşilçay tamaşaçı izdihamı ilə qarşılanıb. Tamaşaçı sıxlığından Özcan Deniz və Nurgülçay girişdə mətbuat nümayəndələrinin sualını cavablandıra bilməyib. O, yalnız "Bakı gözəl şəhərdir, heyran oldum" deyib.
Özcan Dəniz pərəstişkarları arasında biri-birinə bənzəyən iki qızı görüncə, onların əkiz olub-olmadığını soruşub. Qızlar isə əkiz olduqlarını təsdiqləyiblər.
Rəqsanə