“İndi 8 yanvarda göstərəcəyimiz tamaşaya hazırlaşıram, bir də vaxtımı yeni tamaşaların hazırlanmasına sərf etmək istəyirəm. Azdrama əməkdaşları öz dünyagörüşlərin nümayiş elətdirirlər. Hazırda belə məsələlərə vaxt xərcləməkdənsə ADO üçün daha vacib olan işlərin hazırlanması üçün məşğulam”.
Bu sözləri Teleqraf.com-a açıqlamasında ADO Teatrının bədii rəhbəri Elmin Bədəlov deyib.
O, məsələni hüquqi müstəvidə həll edəcəklərini deyib: "Bu işlə bağlı da hüquqşünasımıza matrealları təqdim etmişik. O, özü məşğul olacaq. Çox güman mənə və ADO əməkdaşlarına olan təhdid və təhqirlərlə bağlı hüquq-mühafizə orqanlarına müraciət olunacaq. Sonrakı gedişatla bağlı teatrın media ilə işləyən əməkdaşından məlumat ala bilərsiniz”.