“YARAT” Müasir İncəsənət Mərkəzində gənc kinorejissor Cavid Zaidovun ekranlaşdırdığı “Kənarda” qısametrajlı filmi nümayiş olunub.
Teleqraf.com xəbər verir ki, əvvəlcə Cavid Zaidov gələn qonaqları salamlayaraq ekran əsəri barədə qısa məlumat verib.
Sonra film nümayiş olunub.
15 dəqiqəlik ekran əsəri 1912-ci ildə Cənub qütbünə səfər edən Britaniya ekspedisiyasının son günlərindən bəhs edib. Dörd nəfərlik ekspedisiyanın rəhbəri Robert Skottdur. Onlar Antarktidanın sonsuz səhrasında çətinliklərlə mübarizə aparırlar. Tədqiqatçılardan biri - ciddi zədə almış və donmuş Titus Uots mənəvi seçim qarşısındadır...
Sonda qonaqların suallarını cavablandıran rejissor belə filmlərin davamlı olacağını qeyd edib.