Xorvatiyanın Split şəhərindən olan məşhur aktyor və sahibkar Viçko Balanjiç Azərbaycana məqalə həsr edib.
Bakının müasir memarlığına, mədəniyyətinə və incəsənətinə valeh olan müəllif Azərbaycana səyahəti barədə təəssüratlarını Xorvatiyanın qabaqcıl “Gloria” jurnalında çıxan məqaləsində bölüşüb.
Yazıda Viçko Balanjiç Azərbaycanın tarixi, 20 Yanvar faciəsi, Heydər Əliyev Beynəlxalq Aeroportu, Heydər Əliyev Mərkəzi, Flame Towers qüllələri, milli mətbəximiz barədə məlumatlar verib. Azərbaycanın təbiətinə heyran qaldığını yazan aktyor tezliklə buraya qayıdacağına ümid etdiyini qeyd edib.