31 Yanvar 2017 14:29
1 385
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com-un “Üçü birində” rubrikasının növbəti qonağı bəstəkar-müğənni Xumar Qədimovadır.

- Sonuncu dəfə oxuduğunuz kitab…

- Mənə “Son oxuduğunuz kitab hansıdır?” sualı verilməməlidir. Çünki hər gün kitab oxuyuram. Ən son oxuduğum kitab Tolstoyun “İnsan nə ilə yaşayar?” hekayələr kitabıdır. Bəzən kitab oxuyarkən mahnılarımın, əsərlərimin mövzularını müəyyən edirəm. O zaman fəlsəfi düşüncələrə dalıram.

- Dinlədiyiniz mahnı?

- Ən son dinlədiyim mahnı yunan müğənnisi Aleksiu Harisin mahnısıdır. Onun ifalarını çox sevirəm.

- İzlədiyiniz film?

- Bəhmən Qubadinin rejissorluğu ilə çəkilən “Tısbağalar da uçar” filmi. İnsanların yaşadığı real hadisələri əks etdirən bu film məni sarsıtdı.

Rəqsanə


Müəllif:

Oxşar xəbərlər