Teleqraf.com tanınmışlara belə bir sualla müraciət edib: “Bir doğmanız intihar eləmək qərarına gəlib. Onu bir cümləylə fikrində daşındırmaq lazımdır. Nə deyərdiniz?”
Cavabları təqdim edirik:
Fəxri Uğurlu: “Bədənin sənin kürkündür, bitə acıq edib, kürkünü yandırma”.
Şərif Ağayar: “Tanrıya xəyanət etmə!”
Həmid Hərisçi: “Get Vaqnerə qulaq as!”
Arif Quliyev: “Allahın verdiyi ömrü öz ağlınla yaşa, intihara ehtiyac qalmasın”.
Faiq Ağayev: “İntiharın səbəbinə baxır. İnsana təsəlli verəcək və onu bu fikirdən daşındıracaq nəsə tapmaq olar. Situasiyaya bağlıdır. Amma universal kəlmə yoxdur”.
Nura Suri: “İnsanlarda neqativ fikirlərin formalaşmasının əleyhinəyəm. Mən sözə o qədər də əhəmiyyət vermirəm. İnsan çox söz deyə bilər. Əməl saleh olmalıdır”.
Ranar Musayev: “Ömrü boyu valideynlərinin və yaxınlarının ağrı içində yaşamaması üçün intihar etməməlisən!”.
Firəngiz Mütəllimova: “Allah verdiyi canı yalnız Allah ala bilər”.
Rəqsanə