13 Fevral 2017 14:13
662
12 Punto 14 Punto 16 Punto 18 Punto

Akademik Milli Dram Teatrının kollektivi cənub bölgəsində tamaşa göstərəcək.

Teatrdan Teleqraf.com-a verilən məlumata görə, fevralın 14-də teatrının kollektivi “Vəsiyyət” tamaşası ilə cənub bölgəsinə qastrol səfərinə yollanacaq.

Yazıçı-dramaturq Hüseynbala Mirələmovun “Axirətdən gələn zəng” pyesi əsasında səhnələşdirilən tamaşa Lənkəran, Astara, Masallı, Cəlilabad və Biləsuvarda teatrsevərlər üçün nümayiş olunacaq.

İkihissəli qara komediyanın quruluşçu rejissoru əməkdar artist Firudin Məhərrəmov, rejissoru Əlif Cahangirli, quruluşçu rəssamı xalq rəssamı, dövlət mükafatı laureatı Nazim Bəykişiyev, musiqi tərtibatçısı Kamil İsmayılovdur.

Səhnə əsərində Abbas Qəhrəmanov, Münəvvər Əliyeva, Ləman İmanova, Rövşən Kərimduxt ,Almaz Amanova, Sevinc Əliyeva və başqaları çıxış edirlər.

Nərmin


Müəllif: