Şahin Zəkizadənin xalasıoğlu Aqil Adiloğlu Teleqraf.com-a açıqlamasında rejissorun bir saat əvvəl dünyasını dəyişdiyini deyib:
“Şahin bir saat əvvəl dünyasını dəyişdi. Hələ cənazə xəstəxanadadır.
Sabah cənazə evindən götürülüb, Maştağadakı “Seyidlər” qəbiristanlığında dəfn olunacaq”.
***
Klinikanın baş həkimi Adil Nuriyev Teleqraf.com-a bildirib ki, Şahin Zəkizadənin səhhəti kritikdir. Onun vəfat eləməsi barədə yayılan xəbərlər şayiədir: "O, indi ağır vəziyyətdə reanimasiyadadır. Xəstəlikdə belə ağırlaşmalar olur. Başqa proqnoz verə bilmərəm, əlavə heç nə deyə bilmərəm".
***
Qan xərçəngindən əziyyət çəkən rejissor Şahin Zəkizadə vəfat edib.
Teleqraf.com xəbər verir ki, Şahin Zəkizadənin ölümünü yaxınları təsdiqləyib.
Şahin Zəkizadə ATU-nun Tədris-Terapevtik Kliniaksının reanimasiya şöbəsinə yerləşdirilmişdi.
Rəqsanə