Bu il keçirilən 89-cu "Oskar" mükafatlandırılma mərasimi son illərin ən aşağı reytinqini göstərib.
Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, mərasim 32,9 milyon izlənmə payı ilə son 9 ilin ən az izlənən "Oskar"ı olub.
Tədbirin reytinqlərdə geriləməsinə ABŞ prezidenti Donald Trampın tərəfdaşlarının etiraz etmələrinin səbəb olduğu iddia edilir.
Qeyd edək ki, keçən ilki mərasim də 34,2 milyon izlənərək son illərin ən az izlənən "Oskar"ı olmuşdu. Bu il isə ondan da az tamaşaçının mükafatlandırmanı izləməsi "Oskar"ın nüfuzunun düşməsini göstərir.