2 May 2017 16:06
4 245
12 Punto 14 Punto 16 Punto 18 Punto

Özümə gəldikdə isə... Sabahın necə olacağı fəaliyyətimdən asılıdır. Hər halda yəqin ki, həmişə TV-də qalmayacağam... Perespektivlər barədə isə bölüşmək istəmirəm.

Teleqraf.com tanınmış teleaparıcı Rövşanə Ağasəfqızı ilə müsahibəni təqdim edir.

– Rövşanə xanım, “Speys”də veriliş aparırdınız, o da bağlandı. İndi nə işlə məşğulsunuz?

– Elə “Seys”də yeni bir veriliş hazırlanır, aparıcılıq təklifi almışam. Digər verilişlərimdən bir az fərqlənir.

– Bəs sonunuzu necə görürsünüz, həmişə jurnalist olacaqsınız?

– İyirmi ilə yaxındır bu sahədə çalışıram. Özüm isə çox nadir hallarda televiziyaya baxıram. Kanallarda hansı verişilər gedir, adlarını belə dəqiq deyə bilmərəm. İnsanları ağlatmağa, onların şəxsi həyatından şou düzəltməyə hesablanmış verilişər professionallıq, bacarıq demək deyil. Heç bir təcrübəsi, şəxsi düşüncəsi olmayan, sadəcə, qara qaşına, qara gözünə görə efirə çıxarılanlar da bu gun kifayət qədərdir. Mənim peşəm təəssüf ki, getdikcə tənəzzülə uğrayır, çünki cəmiyyətdə verilişlərə, efirə maraq ölüb.

Özümə gəldikdə isə... Sabahın necə olacağı fəaliyyətimdən asılıdır. Hər halda yəqin ki, həmişə TV-də qalmayacağam... Perespektivlər barədə isə bölüşmək istəmirəm.

– Nə oldu, necə oldu ki, sizin də sənətinizdə tənəzzül prosesi başladı?

– Bəzən insanlar jurnlistika peşesinin tənəzzülə uğramasının obyektiv tərəflərini görə bilmirlər. On il əvvəl insanlar informasiyanı ya TV-lərdən, ya da qəzetlərdən alırdılar. Bu gün dunyanın hər yerinə yayılan, populayar sosial şəbəkələr vasitəsilə informasiya bir anın içərisində çatdırılır. Hətta prezidentlər belə öz görüşləri haqqında Tvitterdə məlumat yayırlar. Artıq heç kimi televiziyada axşam xəbərlərini gözləmir. Və ya artıq bizim tok-şoularda müzakirə olunacaq məsələləri iştirakımız olmadan sosial şəbəkələr özləri müzakirə edir. Təbii, bunlar obyektiv səbəblərdir, amma subyektiv səbəblər də var...

Verilişlər həddən artıq şoulaşdı, informasiya azaldı, ciddiyyət itdi, hırıltı, məzhəkə çoxaldı. Bu gün baxsanız, bütün TV-lər bir-birinə bənzəyir: eyni ekspertlər, eyni müğənnilər və çeynənmiş mövzular... Səbəblər çoxdur. Televiziyaya baxanlar ya evdar qadınlar, ya da yaşı altmışı ötmüş insanlardır. İnanıram ki, onlar da ancaq türk seriallarına baxırlar, heç Azərbaycan seriallarına da yox. (gülür)

Özünüz deyirsiniz ki, verilişlərə baxmıram, maraqsızdır və s. Belə bir sual ortaya çıxır, bəs tamaşaçı sizin hazırladığınız verilişə niyə baxmalıdır?

- Mən tamaşaçını məcbur etmirəm, ürəyi istəyirsə, mənə baxacaq.

- Sizi tələskən, səbirsiz bir xanım kimi tanıyırıq. Bir az da aqressiv... Doğurdanmı belədir?

– Təkcə efirdə yox, həyatda da tələskənəm. Daima qaçaqaçdayam. Əslində, emosional insanam, aqressiv yox. Efirdə kifayət qədər aqressiv göründüyüm zamanlar da olub, amma yaxın ətrafım, dostlarım məni bu cür insan kimi tanımır.

– Efirdə aqressiv davranışınıza nəsə səbəb olur? Yoxsa qəsdən edirsiniz?

– Yox, qəsdən etmirəm. Və aqressivliyimin səbəblərini heç kim soruşmur. Məsələn, səbəblərdən biri: hadisə, mövzu qalır qıraqda, verilişə çağırılan qonaq başlayır özünü tərfiləməyə, özünü cəmiyyətə ağıllı bir insan kimi təqdim etməyə. Mən dağdan danışıram, o, çaydan... Haqsız münasibətə dözə bilmirəm, içimdə bir ədalət tərəzisi var. Və bu tərəzinin mizanını kimsə pozmaq istəyəndə aqressivləşirəm.

Sabahın deputatı...

– Kifayət qədər uğurlu qadınsınız. İnsanlar sizi tanıyır, sevir... Nə yaxşı deputat olmaq fikriniə düşməyibsiniz?

- Bu gün jurnalistika ilə məşğul oluram, sabah nə olacaq, deyə bilmərəm. Necə deyərlər, heç vaxt “heç vaxt” demə. Amma hesab edirəm, hərə öz işi ilə məşğul olsa, daha yaxşıdır. Onu da deyim ki Azərbaycan vətəndaşı olaraq 125 deputatın içindən vur-tut iyirmi nəfəri tanıyıram. Bu isə mənim problemim deyil.

– Bəs yerdə qalan 105 nəfər?

– Dedim axı, onları tanımıram.

Bu sənət dəbə düşüb

– Rövşanə xanım, heç psixoloqa müraciət edirsiniz?

– Xeyr, heç vaxt.

– Ümumiyyətlə, necə düşünürsünüz, psixoloq insanı xilas etmək gücündədirmi?

– Son zamanlar psixoloq adı altında fəaliyyət göstərənlərin sayı çoxalıb. Sanki bu sənət dəbə düşüb. Təhsili olan, olmayan, bir neçə aylıq kurs keçən insanlar özlərini psixoloq adı ilə reklam edirlər. Yəqin ki, dəbdədirlər və bir müddət sonra da dəbdən düşüb unudulacaqlar. Onları insana nə dərəcədə faydalı olduqlarını isə deyə bilmərəm.

– Neçə illərdi efirdəsiniz... Bəs keçdiyiniz yollarda sırf qadın olduğunuz üçün rast gəldiyiniz çətinliklər olubmu?

– Gerçək budur ki, cəmiyyətdə qadına münasibət həmişə kişidən fərqli olub. Amma mən o çətinliyi hiss etməmişəm. Qarşıma məqsəd qoymuşamsa, qadınlığım ikinci plana keçir. Bilmirəm, xarizmama görədir, ya efirdən tanıyırlar, insanlar mənə qarşı pərdəli davranırlar. Təbii, bu hal xoşuma gəlir.

“Hacı Qara”nı kim yazıb

– Rövşanə xanım, müğənniləri, aktrisaları cəmiyyətdə tez-tez qınayırlar ki, kitab oxumurlar, intellektləri yoxdur və s. Sizcə, kitab oxumaq bir müğənninin, aktrisanın nəyinə lazımdır? Toya gedirlər, oxuyub pul qazanırlar.

– Mütaliə etmək hamıya lazımdır. Demirəm ki, hamı Tarkovskinin filmlərinə baxmalı, Kafka oxumalıdır. Ən azı özümüzdən xəbərimiz olmalıdır. Heç olmasa bilməliyik ki, “Hacı Qara”nı kim yazıb. Bir insan teatrda çalışırsa, tamaşalar, filmlər haqqında məlumatlı olmalıdır. Elə deyilmi? Məsələn, mənim Faiq Ağayevlə söhbət etməkdən çox xoşum gəlir. Çünki müatliəli, məlumatlı adamdır. Bunun nəyi pisdir ki?

– Bəs niyə oxumurlar? Sizcə, səbəb nədir?

– Bəli, bizdə mütaliə edən insanlar çox azdır. Gənclər isə kitabı heç oxumaq istəmir. Və hər şey də burdan başlayır. Kitab mağazalarındakı alıcılarla kafe-restoranda, əyləncə mərkəzlərindəki müştərilərin sayını müqayisə edin. Sonra da şikayətlənirlər ki, pulumuz yoxdur.

– Necə etmək lazımdır ki, kitaba diqqət çoxalsın?

– Təbliğat yoxdur. Kafeləri, şadlıq saraylarını, uşaq bezlərini, konsertləri, verilişləri reklam edirlər. Bizim ölkə üçün kitabın təbliğatı mütləq lazımdır, çünki biz reklamı sevən xalqıq. Sovet dövründə hamı avtobuslarda, metrolarda kitab oxuyurdu. Problem odur ki, indi hamının əlində kitab yox, telefon var. Necə ola bilər “Səfillər”i oxumayasan, Tolstoyun heç olmasa bir əsərinin belə adını çəkməyəsən, Çexovu tanımayasan, “Ölülər”i bilməyəsən, “İblis”dən xəbərin olmaya?

Maaşım qane etmirdi...

– Salyanda doğulmusunuz... Orda böyümüzünüz?

– Yox... Bakıda böyümüşəm... 29 nömrəli məktəbdə oxumuşam, Bakı Dövlət Universitetini bitirmişəm, orda da müdafiə etmişəm, sonra televiziya həyatı...

Müəyyən müddət özəl universitetlərdə dərs də dedim.

– Sonra nə oldu?

– Aldığım məvacib məni qane eləmirdi deyə, daha pedaqoji fəaliyyətlə məşğul olmadım.

– Amma o qədər universietet müəllimləri, professorlar, orta məktəb müəllimləri var ki, illərlərlə işləyir, az maaşdan da keçə bilmir...

– Əlbəttə. Ona görə də repetitorlar artıb. Mən qızıma dördüncü sinifdən özəl müəllim tutmuşam. Niyə? Çünki məktəblərdə təhsil məni qane etmir. Səbəblərsə çoxdur. Müəllimlərin maaşının az olması da bura daxildir.

– Ümidlisiniz?

– Əlbəttə... Ümid sonda ölür. (gülür)

– Nə yaxşı Azərbaycandan çıxıb getmək istəmirsiniz?

– Bu istək məndə ruh halı ilə bağlı olur. Bəzən elə bir haqsızlıq olub ki, hər şeyə arxa çevirib çıxıb getmək istəmişəm. Amma mən torpağım üçün darıxaram. Xarici ölkələrdə çox olmuşam, bunu orda qalanda hiss etmişəm. Təkcə torpaq yox, buranin suyu, havası ucun, insanları üçün darıxıram.

Bu haqda danışmaq mənimçün çox çətindir

– Rövşanə xanım, olubmu ki, intihar edən bir şəxsə haqq qazandırasınız. Yoxsa həmişə qınamısınız?

– İntihar insanın ruh halıdır. Haqq qazandırmaq isə heç doğru deyil. Çünki ölən təkcə intihar edən adam yox, həm də onun doğmaları, yaxınları olur. Amma bir şey də var ki, doğması, yaxını yanında olan insan niyə intihar etsin ki? Düzü, özüm o halı heç vaxt yaşamamışam deyə, bu haqda danışmaq mənimçün çox çətindir.

– İtini evləndirən iş adamı haqqında yəqin, eşitmisiniz...

– Bəli... Məncə, belə şeylər problemsizlikdən irəli gəlir. Əvvəla, itini evləndirir, yaxşı eləyir, amma bunu ictimailəşdirməyin nə mənası var, bilmirəm...

Çinarə Böyükçöl


Müəllif:

Oxşar xəbərlər