Bunu Teleqraf.com-a Könül Nağıyeva deyib.
Aktrisanın sözlərinə görə, filmin qəhrəmanı Ruksan həyat yoldaşı Həsənlə Suriyadan qaçmağa qərar verir.
Film Egey dənizinin Yunanıstana aid zonasında cütlüyün qaçışı zamanı başına gələn hadisələrdən bəhs edir.
“Üzməyi öyrənirəm” adlanacaq filmdə Könül Nağıyevanın tərəf- müqabili Ərgün Quyuçudur.
Filmin əsas səhnələri İzmir və Egey dənizində çəkiləcək. Aktrisaya həvalə olunacaq dəniz səhnələri isə olduqca təhlükəlidir. Belə ki, son üç ildə Egey dənizində 500-dən çox adam boğulub.
Daha öncə “Tərkedilmişlər” filmində suriyalı qadına həyat verən aktrisa Suriya haqqında çox yazılar oxuduğunu, araşdırmalar apardığını deyib:
“Suriyalı mühacirlərlə uzun-uzadı söhbət etmişəm, çəkdikləri əzab-əziyyət barədə yetərincə məlumatım var. Mühacir olmaq müharibənin acısından qurtulmaq anlamına gəlmir. Milyonlarla insan evini, ölkəsini buraxıb daha ağır şərtlərlə başqa yerlərdə yaşamağa, o ölkənin adətlərini, yaşayış tərzini öyrənməyə məcburdular”.
Nərmin