Bu barədə Teleqraf.com-a filmin ideya müəllifi, şair Elçin Aslangil danışıb.
O bu filmin ərsəyə gətirilməsini özünün mənəvi borcu adlandırıb: “Mövludun intiharı hamımızı sarsıtdı. Nəsə etməliydim, düz 1 həftə bu barədə düşündüm. Mövlud bunu necə etdi, gödəkçəsini niyə çıxarmışdı? Gödəkçəsini çıxarmasaydı intihar etməyəcəkdi bəlkə də... Ona görə filmdə aktrisa Günel Məmmədovanın əlində simvolik olaraq, gödəkçə var”.
Eyniadlı şeirin müəllifi Elçin Aslangil qeyd edib ki, “Çərpələngim şahiddir” adlı 4 dəqiqəlik qısametrajlı filmin quruluşçu rejissoru və operatoru Cavad Nurdur.
Filmdə şeiri səsləndirən Günel Məmmədova həm də aktrisa kimi “Gözləyən adam” obrazını canlandırıb. Çəkilişlər Teleqraf Media Holdinqin ofisində aparılıb. Yaxın günlərdə filmin təqdimatı keçiriləcək.
Film ilk dəfə Teleqraf.com-da yayımlanacaq.
Qeyd edək ki, Mövlud Mövlud Teleqraf Holdinqdə redaktor vəzifəsində çalışıb. 2017-ci il martın 16-da intihar edib.