Teleqraf.com xarici KİV-ə istinadla evsizlikdən qırmızı xalçaya uzanan gerçək həyat hekayələrinin qəhrəmanları barədə aparılan araşdırmanı sizə təqdim edir.
“Yura dövrü dünyası” filminin qəhrəmanı Kris Prat 19 yaşında ikən Havay adasına tək istiqamətli təyyarə bileti almağa gücü çatıb və Havayın Maui adasına gedib. Burada dostunun miktoavtobusunda qalan Kris Prat aylarla qısamüddətli işlərdə işləyərək pul qazanmağa çalışıb.
Məşhur rejissor Ceyms Kamerun “Terminator” filminin ssenarisini yazarkən maşınında yaşayırmış. Bu müddət ərzində “Terminator” filmini çəkə bilmək üçün bir sıra kinostudiyalar ilə görüşüb. Nəhayət ssenarini “Qeyl Enn Hard”a 1 dollara satır. Film bütün dünyada 77 milyon dollar qazanc gətirdikdən sonra Kamerunu da bütün dünya usta rejissor kimi tanıyır.
18 yaşında olarkən rəqqas olma xəyalları quran Cenifer Lopez universitet təhsili almasını istəyən anasını dinləməyərək evdən uzaqlaşır. Bir studiyada rəqs kurslarına başlayan Lopez kurs sahibindən icazə alaraq burada bir divanda gecələyir.
Ötən il 28.5 milyon dollar qazanan Lopez evsiz qalması barədə açıqlama verib: “O günlər üçün “Bəli, evsiz qaldım, amma anama düz yol tutduğumu göstərə bildim”.
Məktəbdən qovulan Cim Kerri o illərdə ailəsi ilə birlikdə “Volsfagen” markalı mikroavtobusda yaşayıb. Kanadanın müxtəlif yerlərində parkinq edərək həyatını davam etdirən Kerri daha sonra böyük bacısı evləndikdən sonra onun həyətində bir sığınacaqda yaşayıb.