7 Avqust 2017 10:27
1 792
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Mələyin öpüşü” adlı yeni Azərbaycan filminin posteri işıq üzü görüb.

Teleqraf.com xəbər verir ki, bu barədə filmin istehsalçı şirkəti olan “Oksimedia Prodakşn”ın rəhbəri Oksana Rəsulova məlumat verib.

Baş rollarda Fuad Poladov, Oksana Rəsulova özü və onun keçmiş həyat yoldaşı reper Elşad Xose, Münəvvər Əliyeva çəkilib. Elşadla Oksana filmdə sevgili obrazında çəkiliblər.

Filmin ideya müəllifi Nərgiz Qasımova, ssenari müəllifləri Əlibəy Məmmədli, Əskər Əli Hacızadə, Süleyman Süleymanoğlu, quruluşçu rejissor Əskər Əli Hacızadə, operator Elman Əliyev, quruluşçu rəssam Xatirə Hüseynəliyeva, icraçı prodüser İsmayıl Bağırovdır. Film sentyabrın 15-dən etibarən kinoteatrlara buraxılacaq.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər