Teleqraf.com xəbər verir ki, bu sözləri yazıçı-publisist Həmid Herisçi gənc həmkarları barədə deyib.
O, indiki yazıçıların həyatdakı prototiplərini ədəbiyyata gətirmək cəhdlərindən şikayətlənib:
“Azərbaycan yazarlarının, xüsusən gənc yazarların əsl xəstəliyidir bu. Bu yazarlar xəstə, natamam adamları, əyalət sakinlərini, bədbəxtləri məmnuniyyətlə ədəbi “pyedestala” çıxarırlar. Xüsusən indiki gənc yazarlar bu işdə ilk sıradadırlar. Harda bir axmaq, səfeh, gic, bəxtsizi görsələr sevinirlər. Bu öz oxşarlarını ədəbiyyata gətirmək istəyirlər. Əbəsdi bütün bu cəhdləriniz!
Ədəbi mətn qəhrəman istəyir, ədəbi qurban yox. Qısası, Azərbaycan ədəbiyyatının ən böyük nöqsanı budur. O, qəhrəmanları deyil, qurbanları sevir. Ubermenşi sevmir. Untetmenşi bəyənir”.