Azərbaycan filmləri Koreya Respublikasında təşkil edilən beynəlxalq film festivalında nümayiş olunur.
Teleqraf.com xəbər verir ki, avqustun 31-nə qədər davam edəcək festival multikultural dəyərlərin təbliğinə həsr olunub.
Azərbaycanın Koreya Respublikasındakı səfirliyinin dəstəyi ilə festivala təqdim olunan “Buta” və “Girov” Azərbaycan filmləri Seul Tarix Muzeyində nümayiş olunur.