23 Dekabr 2017 13:59
1 881
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünən gecə “Cinemazadeh” studiyasının istehsalı olan “Kəklikotu” filminin qala gecəsi keçirilib.

Teleqraf.com xəbər verir ki, onu digər gecələrdən fərqləndirən təqdimatın ilk dəfə “Elektra Events Hall”da baş tutması idi.

Pulsuz popkorn, enerji içkilərinin paylanıldığı gecədə ilk olaraq qırmızı xalıda ekran işində rol alan 20-dən çox məşhur görünüb. Onlar kameralara poz verərək, qonaqlarla salamlaşıblar. Gecədə bütün diqqətləri üzərinə çəkən isə Dilarə Kazımova və Nigar Camal olub. Nigar qara sinə dekolteli və uzu quyruqlu libasa, Dilarə isə tünd qırmızı rəngli geyimə üstünlük verib.

Təqdimata qatılanlar arasında aktrisalar Pərvin Abıyeva və Natavan Əfəndiyeva cəsarətli geyimləri ilə gecəyə damğa vurublar. Oksana Rəsulova isə qırmızı libası ilə göz oxşayıb.

Xarici filmlərə həsədi aradan qaldıran “Kəklikotu” şit olmayan zarafatları, Nigar Camalın möhtəşəm döyüş səhnələri və Dilarə Kazımovanın ifa etdiyi “Dəm” soundtreki ilə izləyənlərdə coşqu yaradıb. Gecənin sonunda “Afterparty” keçirilib.

Qeyd edək ki, film meyvə-tərəvəz satmaq üçün paytaxta gedən dayı və bacıoğlu bir nəfərə çatacaq bir kisə kəklikotunu başqasına satılmasından bəhs edilir. Ancaq kisədə kəklikotu yox, qurudulmuş marixuana olduğu məlum olub.

Filmin ssenari müəllifləri Vüqar Huseynov və Talıb Əhmədovdur, rejissorları Cəfər Axundzadə və Vüqar İsmayılzadə, prodüser Tural Əsədov, baş redaktoru isə Xətai Əlidir.

Fotolar: Elnur Muxtar


Müəllif: Pərviz

Oxşar xəbərlər