54 yaşında xərçəng xəstəliyindən dünyasını dəyişən Azərbaycan əsilli müğənni Nuray Hafiftaş türk sənət camiasını yasa boğub.
Teleqraf.com-un məlumatına görə, türk səhnələrinin yaşıl gözlü kraliçası adını qazanan Nuray Hafiftaş uzun zaman idi ki, xərçəngdən müalicə alırdı.
Bu gün həyatını itirən müğənninin ölüm xəbərini eşidən İbrahim Tatlısəs də göz yaşlarını gizlətməyib. Nuray Hafiftaşla fotosunu paylaşan imperator bu sözləri yazıb:
“Dərin kədər içindəyəm. Səsinlə, sənətinlə hər zaman həyatımızda oldun. Sənin üçün çox darıxacağam”.