Fransanın “Oskar”ı adlandırılan “Cesar” film müfakatı qaliblərə təqdim olunub.
Teleqraf.com xarici KİV-ə istinadla xəbər verir ki, Fransanın paytaxtında keçirilən mərasimdə Janna Balibar “Barbara” filminə görə ən yaxşı aktrisa, Svann Arlaud isə “Petit Paysan”dakı roluna görə ən yaxşı aktyor müfakatına layiq görülüb.
Fransız rejissor Robin Kampillonun "120 Battements Par Minute” filmi ən yaxşı film, ən yaxşı ssenari və ən yaxşı musiqi müfakatına layiq görülüb.
Qeyd edək ki, Fransanın “Oskar”ı adlandırılan “Cesar” film müfakatı bu il 43-cü dəfə təqdim olunub.