Xalq artisti, məşhur aktyor Rasim Balayev əməliyyat olunub.
Aktyor özü APA-ya bildirib ki, əməliyyat martın 14-də Mərkəzi Gömrük Hospitalında olub:
“Elə ciddi problem deyil, narahat olmağa dəyməz. Dünən həkimlər cərrahi müdaxilə etdilər, indi yaxşıyam. Kiçik uroloji problemdir. Hələlik xəstəxanadayam. Sabah bir də müayinə olunacam, həy şey qaydasında olsa, evə buraxacaqlar”.