15 Aprel 2018 17:13
1 267
12 Punto 14 Punto 16 Punto 18 Punto

Heydər Əliyev Mərkəzinin qarşısında dünyada tanınmış fotoqraf Reza Deqatinin fərdi sərgisi açılıb.

Teleqraf.com xəbər verir ki, “Bəşəriyyət. Vizual səyahətə dəvaət” adlı fərdi sərgidə fotoqrafın müxtəlif ölkələrdə çəkdiyi fotolar nümayiş etdirilir. Məşhur fotoqraf Reza Deqati bildirib ki, 40 il bundan əvvəl dünya ölkələrini gəzərək fotolar çəkməyə başlayıb:

“Həmin illər ərzində dünyada çətinliklər, müharibələrlə yanaşı gözəlliklərin də şahidi olmuşam. Mənim əsas istəyim odur ki, insanlar dünyanın gözəlliyini görsün. 40 il ərzində 100-dən çox ölkəyə səyahət edib və fotolar çəkmişəm. May ayında mərkəzdə Azərbaycana aid əsərlərim sərgilənəcək”.

Sərgidə fotoqrafın Əfqanıstan, Türkiyə, Çin, Türkmənistan, Misir, Fransa kimi ölkələrdən müxtəlif yerlərdə çəkdikləri fotolar yer alır. Onlar hər ölkədə yaşayan insanların yaşam tərzini, talelərini əks etdirilir.

Xatırladaq ki, Reza Deqati işləri “National Georaphic” kanalı üçün hazırlanmış sənədli filmlərdən əlavə, beynəlxalq mətbuatda da yer alıb. Rəssamın Parisdə “Mühacirin düşüncələri”, “Kəsişən talelər”, Vaşinqtonda “Bir dünya, bir tayfa”, Normandiyada “Müharibə+Sülh” və Dohada isə “Ümid” adlı sərgisi təşkil olunub.

Fotoqraf, ümumilikdə, dünya üzrə 250 sərginin iştirakçısı olub. Qeyd edək ki, aprelin 12-dən başlayan sərgi oktyabrın 1-dək davam edəcək.


Müəllif: İlhamə

Oxşar xəbərlər