9 Avqust 2018 22:42
3 129
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teatr rejissoru və aktyor, Rusiyanın Əməkdar artisti və Əməkdar incəsənət xadimi Dmitri Brusnikin 61 yaşında vəfat edib.

Teleqraf.com xəbər verir ki, bu barədə Moskva “Praktika” teatrının mətbuat xidməti məlumat yayıb. Çexov adına Moskva Bədii Teatrı aktyorun vəfatını böyük itki kimi dəyərləndirib.

2015-ci ildə Moskva Bədii Teatrının nəzdindəki məktəb-studiyanın buraxılış kursu, “Dmitri Brusnikinin emalatxanası” kimi tanınan qrup tam heyətdə “Çelovek” Moskva Dram Teatrına qəbul edilib, D.Brusnikin isə teatrın bədii rəhbəri təyin olunub. 2017-ci ildə “Dmitri Brusnikinin emalatxanası” tam heyətdə Moskvanın “Praktika” eksperimental teatrının truppasına daxil edilib.

Bu ilin may ayında Moskva Mədəniyyət Departamenti D.Brusnikini “Praktika” teatrının direktoru təyin edib. Avqust atında o, teatrın bədii rəhbəri vəzifəsinə keçib.


Müəllif: Teleqraf.com