“Üç gündür ki, reanimasiyadayam. Müayinələr aparılır. Oğlum hazırda həmişə onu müalicə edən həkimin nəzarəti altındadır. Heç nə yemirdi, ölmüşdü...Təsəvvür edin ki, oğlumu ölümcül halda xəstəxanaya gətirmişdik. Elə bilirdim, onun ölüsünü gətirmişəm”.
Bu sözləri Teleqraf.com-a açıqlamasında oğlunun vəziyyəti barədə məlumat verən xalq artisti Nuriyyə Əhmədova deyib. Onun sözlərinə görə, oğlunun vəziyyəti birdən ağırlaşıb:
“Mən yaxın rəfiqəm Sədaqət Kamalın bağ evində qalırdım. Oğlum da ailəsi ilə kirayədə qalır. Bəzən mən, bəzən də o mənim yanıma gəlirdi. Elə yanımdaca vəziyyəti kəskin pisləşdi. Övladımı az qala itirirdim. İndi həkimlərin sayəsində həyata qayıdır, tezliklə səhhəti yaxşı olacaq”.
Qeyd edək ki, söhbət Nuriyyə Əhmədovanın böyük oğlu Əli İslamzadədən gedir. O uzun müddətdir ki, Sabunçu rayon 3 saylı Kliniki Xəstəxananın terapiya şöbəsində müalicə alırdı. Yarım ildir ağciyər və ürək çatışmazlığından əziyyət çəkən 37 yaşlı Əli tikintidə işləyən zaman ağır zədə alıb.
Pərvin