23 Fevral 2019 16:33
1 529
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün görkəmli teatr və kino aktyoru Həsənağa Turabovun anım günüdür.

Kult.az xatırladır ki, H.Turabov 1938-ci ildə Bakıda anadan olub. Azərbaycan İncəsənət İnstitutunun aktyorluq fakültəsini bitirib. Azərbaycan Dram Teatrında aktyor kimi fəaliyyətə başlayıb və ömrünün sonuna qədər bu teatrda çalışıb. 1987-2001-ci illərdə teatrın direktoru və bədii rəhbəri vəzifələrində işləyib. Eyni zamanda 100-dən çox kinofilmə çəkilib.

Gözəl nitqi, səhnə davranışı, obrazı özününküləşdirmək qabiliyyəti onu sevdirib.

Vahid ("Kəndçi qızı"), Azər ("Yaxşı adam"), Hamlet ("Hamlet"), Lionel ("Orman qızı"), İsgəndər ("Ölülər") , Xəyyam ("Xəyyam") və onlarla digər surətlər H.Turabovun ifasında əbədiləşib.

Kinoda da tam bir obraz palitrası yaradıb. "Yeddi oğul istərəm", "Babək", "Ürək... Ürək...", "Sevinc buxtası", "Çarvadarların izi ilə", "Qəm pəncərəsi", "Bəyin oğurlanması", "Qaçaq Nəbi" və başqa filmlərdəki rolları ifa tərzi ilə seçilir.

Həsənağa Turabovun Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professoru kimi pedaqoji fəaliyyəti də səmərəli olub.

Görkəmli sənətkar 2003-cü il fevralın 23-də 64 yaşında Bakıda dünyasını dəyişib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər