17 Aprel 2019 00:08
1 017
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məşhur iranlı aktyor Cemşit Meşayihi vəfat edib.

Teleqraf.com xəbər verir ki, Tehrandakı xəstəxanaların birində müalicə alan Meşayihi 85 yaşında dünyasını dəyişib.

Cemşit Meşayihi 1934-cü ildə Tehranda dünyaya gəlib. Dahi aktyor 90-dan artıq filmdə və 50 serialda rol alıb. Meşayihi 1985-ci ildə İran Fecr Film Festivalında "Davudi çiçəklər" və "Kema el-Mülk" filmlərindəki rolu ilə ən yaxşı kişi aktyoru seçilib və "Kristal Simurq" mükafatını alıb.


Müəllif: Teleqraf.com