2 İyun 2019 00:40
1 414
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Planet Parni iz Baku” komandasının üzvləri xalq artisti Nazpəri Dostəliyevanın “Sənətkar metroya, avtobusa minməz” sözlərinə dərhal reaksiya verib.

Kult.az xəbər verir ki, əməkdar artistlər Tahir İmanov və Bəhram Bağırzadənin iştirakı ilə video-çarx hazırlanıb.

Videoda B.Bağırzadənin sənətkar olduğu üçün metroya buraxılmadığı əks olunub.

Qeyd edək ki, bir neçə gün əvvəl xalq artisti Nazpəri Dostəliyeva ARB TV-də yayımlanan "Səhər-səhər" verilişində ictimai nəqliyyatın sənətkar üçün olmadığını demişdi.


Müəllif: Teleqraf.com