Avstraliyalı Baz Lurmannın rejissoru olduğu “Elvis Presli” filminin baş rol oyunçusu bəlli olub.
Teleqraf.com xəbər verir ki, aktyor Ostin Batler filmdə əfsanəvi rokn roll ulduzu Elvis Preslini canlandıracaq.
Seçmələrə Ostin Batlerlə yanaşı Ansel Elgort, Harri Stils, Aron Teylor-Conson və Milz Teller kimi məşhur simalar da qatılmışdı. Lakin təcrübəli rejissorun seçimi 27 yaşlı Batler olub.
Yeni filmində Elvis Preslini canlandıracaq gənc aktyor bundan əvvəl Quentin Tarantinonun maraqla gözlənilən “Once Upon a Time in Hollywood” və Cim Yarmuşun “The Dead Don’t Die” qorxu filmində rol alıb.
Avtobioqrafik filmdə Elvis Preslinin meneceri olmuş Lolonel Tom Parker obrazını isə Tom Hanks canlandıracaq.
Filmin 2020-ci ildə ekranlara çıxarılması gözlənilir.