24 Sentyabr 2014 20:30
946
12 Punto 14 Punto 16 Punto 18 Punto

Üzeyir Hacıbəyli VI Beynəlxalq Musiqi Festivalı çərçivəsində sentyabrın 24-də Azərbaycan Bəstəkarlar İttifaqında (ABİ) kamera konserti olub.

ABİ-nin sədri, Xalq Artisti Firəngiz Əlizadə həmişə gənc musiqiçiləri dəstəklədiklərini, yaradıcılıq imkanlarını genişləndirmələri üçün onlara şərait yaratdıqlarını söyləyib. Bildirib ki, bu gün konsert proqramı ilə çıxış edəcək “Trio-klassik” ansamblı Bəstəkarlar İttifaqının təşəbbüsü ilə yaradılmış üçüncü ansambldır. Ansamblın solistləri Allahyar Vəzirov, Nərgiz Əliyeva, Məmməd Rəcəbli, Vəli Budaqov və Səbuhi Xəlilovdur.

F.Əlizadə diqqətə çatdırıb ki, bu konsert onların debütüdür və davamlı olacağına inanırıq.

Konsertdə Mixail Qlinkanın “Patetik trio”, Feliks Mendelsonun “İki klarnet üçün konsert” və Firəngiz Əlizadənin “Crossing I” əsərləri səsləndirilib.


Müəllif:

Oxşar xəbərlər