Rusiyanın Xalq artisti, aktyor və rejissor Mixail Kokşenov 83 yaşında dünyasını dəyişib.
Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya Kinematoqrafçılar İttifaqının Kino Aktyorları Gildiyası məlumat yayıb.
Qeyd edək ki, M.Kokşenov 1936-cı il sentyabrın 16-da Moskvada anadan olub. İlk dəfə kinoda 1957-ci ildə “Hündürlük” filmində debüt edib. Ümumilikdə 130-dan çox rol oynayıb, onlardan ən məşhurları – “Jenya, Jenyeçka və “Katyuşa”da Zaxar Kosoy, “Dauriya”da Fedot Muratov, “Sportloto -82”də Stepan, “Ən cazibədar və cəlbedici”də Lyoşa Pryaxindir. O, həmçinin rejissor kimi də çalışıb.