18 Noyabr 13:26
1 032

Məlum olduğu kimi, cari ilin oktyabr ayının 21-də Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən vətənpərvərlik mövzusunda ədəbi müsabiqə elan edilib.

Müsabiqəyə hekayə, esse və poeziya janrları üzrə artıq 107 əsər təqdim olunub. Əsərlərin say çoxluğunu nəzərə alaraq, onların qiymətləndirilməsi məqsədilə qısa zamanda Müsabiqə Komissiyasına təqdim edilməsi nəzərdə tutulur.

Məlumat üçün qeyd edirik ki, müsabiqəyə təqdim olunan əsərlər Azərbaycan Respublikasının dövlət dilində yazılmalı və bundan öncə heç bir yerdə yayımlanmamalıdır. Hər bir müəllif müsabiqəyə yalnız bir əsər təqdim edə bilər.

Müsabiqəyə esse və şeirlərin qəbulu 25 noyabr, hekayələrin qəbulu isə 30 noyabr 2020-ci il tarixində sona çatacaqdır.

İştirakçılar tərəfindən əsərlər aşağıda göstərilən elektron poçt ünvanına göndərilməlidir:

E-mail: [email protected]

Müsabiqə ilə bağlı tanıtım videoçarxını bu linkə daxil olaraq izləmək mümkündür:


Müəllif: Teleqraf.com