Prezident təqaüdçüsü, müğənni Akif İslamzadə Teleqraf.com-un qısa suallarını cavablandırıb.
- Televiziyalara çıxmırsınız... Niyə?
- Bəli, televiziyalara çox çıxmıram. Çıxa biləcəyim verilişlər yoxdur.
- Ümumiyyətlə, televiziyalarımızı izləyirsinizmi?
- Xeyr, telekanallarımızı daim izləmirəm.
- Akif müəllim, Vətən müharibəmizdə qalib gəldik. Təəssüratlarınız necədir?
- Əlbəttə, haqlı davamızda qalib gələcəyimizi gözləyirdim. Bu mənim böyük arzum idi.
- Qələbə xəbərlərini necə qarşıladınız?
- Gözü yolda qalan və bu xəbərin həsrətində olan adamlar kimi... Qələbəni çox böyük sevinclə qarşıladım.
- Topraqlarımızın yaxın zamanda azad ediləcəyini gözləyirdinizmi?
- Bəli, bundan artıq gözləməyə səbrimiz yox idi. Səbr kasası daşmalı idi, ya yox?!
- Hazırda ölkəmizdə pandemiya davam edir. Virusdan özünüzü və ailənizi necə qoruyursunuz?
- Camaat necə, bizdə elə...Təbii ki, hər birimiz özümüzü və yaxınlarımızı qorumağa çalışmalıyıq.