Xəbər verdiyimiz kimi, İtaliyanı "Zitti E Buoni" mahnısı ilə təmsil edən "Maneskin" rok qrupu Niderlandda keçirilən 65-ci "Eurovision" mahnı yarışmasında birinci olub.
Teleqraf.com Publika.az-a istinadən xəbər verir ki, 26 ölkənin qatıldığı yarışmada 524 xalla qalib seçilən "Maneskin" rok qrupunun əsas solisti David Damiano canlı yayımda qalibiyyətlərini qeyd etdikləri zaman içki şüşələrinin arxasında əyləşərək nələrsə qoxuladığı anlar kameralara yansıyıb.
Dünya mediasının gündəminə çevrilən görüntülərdə müğənninin narkotik vasitədən istifadə etdiyi deyilir. Bunu iddia edən ölkələr arasında müsabiqəyə ev sahbliyi edən Niderland da var. Niderland mediası yarışmada qalib gələn qrupun solistinin narkotik maddə istifadə etdiyini yazıb.
David Damiano barəsində yayılan iddiaları rədd edib. "Eurovision 2021" mahnı müsabiqəsinin münsiflər heyəti ehtimal olunan iddiaları araşdırmaq üçün lazımlı araşdırmaya başlanıla biləcəyini bildirib.