13 Noyabr 2014 10:15
816
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hollivudun tanınmış kinorejissoru Kventin Tarantino "İyrənc səkkizlik" filmindən sonra kino sənayesini birdəfəlik tərk edəcək.

Teleqraf.com xəbər verir ki, bu barədə Tarantino mətbuat konfransında bildirib. "Billin qətli", "Kriminal Qiraət", "Azad Canqo" kimi filmləri ilə tamaşaçıların ürəyinə yol 51 yaşlı rejissor aşağıdakıları deyib:

"Düşünürəm ki, layiqli şəkildə getmək lazımdır. Adına "artıq bəsdir" kimi eyhamların vurulmasını gözləmək lazım deyil. Səndən gözləntilərin çox olduğu bir məqamda getmək lazımdır. Mənim fikrimcə, rejissorluq gənclərin işidir".

Rüstəm


Müəllif: