Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının baş rejissoru təyin edilməsindən danışıb.
Mehriban Ələkbərzadə Teleqraf.com-a açıqlamasında Azərbaycan Dövlət Yuğ Teatrının baş rejissorluq vəzifəsindən Mədəniyyət naziri Anar Kərimovun təyinatına əsasən ayrıldığını və Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrına gətirildiyini deyib:
"Bu, cənab nazir Anar Kərimovun təyinatına əsasən baş tutub".
Qeyd edək ki, Mehriban Ələkbərzadə 2017-ci ildən Azərbaycan Dövlət Yuğ Teatrında baş rejissor kimi fəaliyyət göstərirdi.