15 May 2022 03:13
1 140
12 Punto 14 Punto 16 Punto 18 Punto

İtaliyanın Turin şəhərinin ev sahibliyi etdiyi 66-cı “Avroviziya” mahnı müsabiqəsinin qalibi 661 xalla Ukraynanın "Kaluş" qrupu olub.

Teleqraf.com xəbər verir ki, qrup müsabiqədə "Stefania" mahnısı ilə təmsil olunub.

İtaliyanın ən böyük qapalı arenalarından olan “PalaOlimpico”da təşkil olunan müsabiqənin finalında 25 ölkənin təmsilçiləri yarışıb.

Azərbaycanı bu müsabiqədə “Fade To Black” adlı mahnısı ilə təmsil edən Nadir Rüstəmli 106 xalla 16-cı olub. Azərbaycana 12 xalı İspaniya, Serbiya, Yunanıstan verib.

Müsabiqədə səsvermə zamanı texniki problemlər yaşanıb. Azərbaycan, Gürcüstan, Rumuniya münsiflər heyətinin xallarını özləri elan edə bilməyiblər.

Qeyd edək ki, Azərbaycan tərəfindən xalları İctimai televiziyanın aparıcısı Nərmin Salmanova səsləndirməli idi.

Azərbaycan münsiflər heyətinin tərkibində xalq artistləri Faiq Ağayev, Fidan Hacıyeva, bəstəkar Ülviyyə Bəbirli, modelyer Gülnarə Xəlilova, əməkdar artist Bəhruz Vaqifoğlu yer alıb.


Müəllif: Nərmin

Oxşar xəbərlər