Ötən gün 75-ci dəfə keçirilən Kann Film Festivalı başlayıb.
Fransanın Kann şəhərində dünyaca məşhur ulduzların qatıldığı qızmızı xalı mərasimi ilə start götürən festivalın açılışına Ukrayna Prezidenti Volodimir Zelenskinin videomüraciəti damğa vurub.
75-ci Kann Film Festivalının münsiflər heyətinə fransalı Vinsent Lindon sədrlik edir. Heyətdə britaniyalı Rebeka Hall, hindistanlı aktrisa Deepika Padukone, isveçli Noomi Rapace, italyan Jasmine Trinca, iranlı kinorejissor Əsgər Fərhadi, fransalı Ladj Ly, amerikalı Ceff Nikols yer alır.
Teleqraf.com 75-ci Kann Film Festivalının açılışındakı hadisələr və qırmızı xalı geyimlərini təqdim edir.