3 İyun 2022 19:19
1 186
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nyu-York məhkəməsi 70 yaşlı amerikalı kinoprodüser Harvi Vaynşteynin apellyasiya şikayətini rədd edib.

Teleqraf.com xarici KİV-ə istinadən xəbər verir ki, 2020-ci ilin mart ayında Vaynşteyn keçmiş köməkçisi Mimi Haleyə və aktrisa olmaq istəyən Cessika Manna təcavüz etməkdə ittiham edilib. Prodüserə 23 il həbs cəzası kəsilib.

Bununla razılaşmayan Harvi məhkəməyə şikayət ərizəsi ilə müraciət edib.

Apellyasiya şikayətinə baxan beş hakimdən ibarət kollegiya hökmdə heç bir səhvə yol verilmədiyi qaənaətinə gəlib.

Ardınca prodüserin sözçüsü Nyu-York Ştatının Ali Məhkəməsinə şikayət ərizəsi ilə müraciət edəcəklərini bildirib.

Hazırda Los-Ancelesdə 23 illik həbs cəzasını çəkən Vaynşteynin daha 11 ittiham üzrə məhkəmə prosesi davam edir.

Qeyd edək ki, Hollivudun məşhur prodüserlərindən biri olan Vaynşteynə qarşı ittihamlar ilk dəfə 2017-ci ildə “Nyu-York Tayms” qəzetində dərc edilib.

Məqalədə son 30 il ərzində prodüserdən əziyyət çəkən bir çox gənc aktrisaların acı hekayələri yer alırdı.

Daha sonra Ancelina Coli, Qvinet Peltrou, Salma Hayek də daxil olmaqla 80-dən çox qadın səsləndirilən ittihamlara qarşı fikirlərini bildirib, prodüserlə olan münasibətlərindən danışıblar.


Müəllif: Nərmin Muradova