2 Dekabr 2014 11:13
785
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Teatrda pis tamaşa yoxdur, məsələ həmin tamaşanı necə anlaya bilməkdədir".

Bu sözləri Teleqraf.com-a açıqlamasında xalq artisti, rejissor Mərahim Fərzəlibəyov deyib.

Onun sözlərinə görə, Azərbaycanda hazırda camaat arasında teatra getmək vərdişi yoxdur:

"Bilirsiniz, teatrda pis tamaşa yoxdur, məsələ həmin tamaşanı necə anlaya bilməkdədir. Mən tamaşaçı kimi düşünürəm ki, hər bir tamaşanın yaxşı cəhəti var və hər bir tamaşadan öyrənmək mümkündür. Bu gün bütün teatrlarımızda çoxlu gənc rejissorlar tamaşa hazırlayır və onların hər birinin öz dəsti- xətti var. Tamaşaçı özü seçir və keyfiyyəti də o müəyyənləşdirir. Elə tamaşaçı var qərb dramaturgiyası, eləsi də var milli dramaturgiyaya tamaşa edir. Mən üzümü ailələrə tuturam və deyirəm: teatra getməyə vərdiş etmək lazımdır. İnanın, bizim ailədə bu vərdiş formalaşıb. Nəvələrim indidən Kukla Teatrına, xüsusilə Gənc Tamaşaçılar və Rus Dram Teatrına gedirlər. Bilirsiniz, hər bir ailə ayda bir dəfə istədikləri teatra istədikləri tamaşaya baxmağa getsə tamaşaçı qıtlığı olmaz və hər gələn tamaşaçı daha da məlumatlı olar".

Nərmin


Müəllif:

Oxşar xəbərlər