2 Dekabr 2014 13:35
917
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Üçüncü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu gələn ilin may ayında öz işinə başlayacaq”.

Teleqraf.com xəbər verir ki, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Yunesko-nun 9-cu sessiyasının Azərbaycan üçün nəticələrinə həsr olunan mətbuat konfransı bildirib. O bildirib ki, forum Azərbaycanın beynəlxalq imcinin formalaşdırılmasına müsbət təsir göstərib:

“Bu öz-özlüyündə cənab prezidentin apardığı siyasətinin təntənəsidir. Real olaraq bütün dünyanın diqqəti Azərbaycan yönəlir. Azərbaycanın mədəniyyətlərarası dialoqun tərəfdaşı və təşkilatçısı kimi təqdim etməkdədir”.

O qeyd edib ki, nazirlik tərəfindən mətbu orqanları arasında gələn il fevralın 1-dən may ayının 1-nə kimi forum və mədəniyyətlərarası dialoqla bağlı “ən yaxşı veriliş”, “ən yaxşı məqalə” müsabiqəsi təsis olunacaq. Artıq yanvar ayında biz bununla bağlı informasiya yayılacaq”

Nərmin


Müəllif:

Oxşar xəbərlər