8 Avqust 2022 12:40
902
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əməkdar artist Mehriban Xanlarova şəhid Samir Xudiyevin məzarını ziyarət edib.

Teleqraf.com xəbər verir ki, aktrisa ziyarət zamanı çəkilən videonu sosial şəbəkədə paylaşıb.

"Bioloji övlad sahibi ola bilməsəm də, hər zaman vətənimin bütün gənclərini özümə oğul və qız bilmişəm. Hər dəfə şəhid xəbəri gələndə ürəyim parçalanır. Günlərdir şəhid Samir Xudiyevin şəklini sosial şəbəkələrdə görürdüm və onun üzündə olan uşaq məsumluğu mənə çox pis təsir edirdi. Bu səbəbdən hüzr mərasimində iştirak etməyi, məzarını ziyarət etməyi özümə borcu bildim.

Ən əsası isə sənətkar əl çatmaz zirvədə dayanmaq əvəzinə, xalqının yanında olmalıdır! Məzarını ziyarət edərkən ürəyimdə dedim ki, kaş belə tanış olmaq yerinə, toyuna gələrdim... Allah bütün şəhidlərimizə rəhmət eləsin. Amin!"

Qeyd edək ki, 2003-cü il təvəllüdlü hərbçi Samir Xudiyev Laçın rayonunda üzərinə qaya parçası düşməsi nəticəsində həlak olub.


Müəllif: Nərmin