Xalq artisti Röya Ayxan şəhid Pərviz Əliyevin sevdiyi qıza yazdığı şeirə bəstələnmiş mahnını ifa edib.
Teleqraf.com xəbər verir ki, müğənni mahnının studiya səslənməsinin görüntülərini sosial şəbəkədə paylaşıb.
“Ürəyimdən gəldi, demo paylaşmaq istədim. Notlarda səhvim ola bilər, fikir verməyin. Çünki sözlər ürəyimə toxundu”- müğənni qeyd edib.
“Yada düşürsən” adlanan musiqinin bəstəkarı Fərid Kərimlidir.